İDMAN


“Avro-2020”: Türkiyə millisi Uels seçməsi ilə oyun öncəsi Bakıda son məşqinə çıxıb

Bakı, 15 iyun, AZƏRTAC

“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının oyundan əvvəl son məşqi olub.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Şenol Güneşin yetirmələri hazırlıq prosesini Bakı Olimpiya Stadionunda keçiriblər.

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.