İQTİSADİYYAT


Avroliqanın final matçı ərəfəsində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb VİDEO

Bakı, 25 may, Elvin Camalov, AZƏRTAC

UEFA Avropa Liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O, qərargahın fəaliyyətinin bu sahədəki dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə edilməsindən ibarət olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.