İDMAN


Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində məktəblər arasında keçirilən və XV Avropa Gənclər Yay Olimpiya Festivalına həsr olunmuş “idman – sağlamlıq, dostluq, birlik” rəsm müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə təqdim edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Çingiz Hüseynzadə rəsm müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, belə tədbirlər XV Avropa Gənclər Yay Olimpiya Festivalının daha geniş şəkildə təbliği üçün böyük imkanlar yaradır. Ç.Hüseynzadə müsabiqənin təşkilində xüsusi zəhməti olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə, Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil İdarəsinə, həmçinin təşkilat komitəsinə və münsiflər heyətinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Firudin Qurbanov XV Avropa Gənclər Yay Olimpiya Festivalının irsi çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəbin iştirakı ilə həyata keçirilən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın məktəblilər üçün əhəmiyyətindən danışıb. F.Qurbanov rəsm müsabiqəsinin Festivalın gənclər arasında təbliği, həmçinin Olimpiya təhsilinin məktəblilər arasında təşviqində fərqli və yaradıcı vasitə olduğunu vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov çıxışlarında müsabiqəyə təqdim edilən əsərlərin təkcə münsiflər heyətinin deyil, həm də proqramın “Facebook” səhifəsi üzərindən geniş ictimaiyyət tərəfindən qiymətləndirilməsinin fərqli və maraqlı yenilik olduğunu qeyd ediblər. Belə yanaşma məktəblilərin əl işlərini daha geniş ictimaiyyətə çatdırmağa kömək edir.

Müsabiqəyə 45 məktəbdən 6-10 yaş kateqoriyasında 60 və 11-14 yaş kateqoriyasında 96 olmaqla, ümumilikdə 156 rəsm əsəri təqdim edilib.

Tədbirin sonunda müsabiqədə qalib gəlmiş 34 nəfərə (1-ci yer 6 nəfər, 2-ci yer 12 nəfər və 3-cü yer 16 nəfər) qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Mükafatlandırma mərasimi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin musiqi kollektivinin ifasında mahnı və rəqslərlə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.