İQTİSADİYYAT


Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya yatırıb

Bakı, 13 iyun, AZƏRTAC

İndiyədək Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard ABŞ dolları, Azərbaycan Aİ-yə 15 milyard dollar sərmayə yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 13-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, hazırda ölkədə Avropa İttifaqına üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Azərbaycan Aİ-nin əsas iqtisadi və ticarət tərəfdaşlarındandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.