DÜNYA


Avropa İttifaqı “xəbərçiləri” dəstəkləyəcək

Bakı, 13 mart, AZƏRTAC

Avropa İttifaqı (Aİ) qanunlarının pozulması barədə dövlətə məlumat verən “xəbərçilərin” hüquqlarının üzv ölkələrin hamısında qorunmasını nəzərdə tutan tənzimləyici akt qəbul etmək barədə razılığa gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, razılaşmaya görə, vergidən yayınma, korrupsiya, ictimai təhlükəsizlik kimi sahələrdə hüququnun pozulduğu barədə məlumat verən şəxslərin ittifaq miqyasında qorunması təmin ediləcək.

Təşkilatlarda və ya şirkətlərdə qanun pozuntuları ilə bağlı məlumatları sızdıranlar üçün etibarlı kanallar yaradılacaq. Əldə edilmiş razılaşmanın qanuni qüvvəyə minməsi üçün Aİ Şurası və Avropa Parlamentinin bunu rəsmi şəkildə təsdiqləməsi tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.