DÜNYA


Avropa İttifaqının terrorizmlə ən çox üzləşən ölkəsi İspaniyadır

Madrid, 8 mart, AZƏRTAC

İspaniyada 2000-2018-ci illər ərzində terror hücumları nəticəsində 268 insan həlak olub. Bu, Avropa İttifaqı (Aİ) ölkələri arasında maksimal göstəricidir.

AZƏRTAC bu barədə məlumatı “Avropada terrorizmin ağ və qara kitabı” adlı məruzəyə istinadla bildirir.

Həlak olanların 236-sı Aİ vətəndaşlarıdır. Statistika baskların ETA qruplaşmasının son terror aktlarını da əhatə edib.

Bu kədərli reytinqdə ikinci yeri Fransa (263 qurban) tutur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.