İDMAN


Avropa Liqasının finalına 50 gün qalmış Bakıda futbol üzrə kiber çempionata start verilib

Bakı, 12 aprel, AZƏRTAC

Əlli gün sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək. Final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-26-da futbol üzrə kiber çempionat keçiriləcək. Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan kiber çempionatın təşkili insanları finaladək həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.

Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda 128 nəfər iştirak hüququ qazanacaq. Oyun “FIFA 2019” qaydaları əsasında təşkil olunacaq.

Qeyd edək ki, iştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Kiber çempionatda birinci yeri tutan iştirakçıya min manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.