Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır

Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır

Bakı, 13 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır. Böyük əhəmiyyət kəsb edən bu bəyanatı Ermənistanı kritik vəziyyətdən xilas edəcək bir “çarə” kimi də dəyərləndirmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Politoloq bildirib ki, hazırda Ermənistanda vəziyyət çox kritikdir və ölkə getdikcə uçuruma yuvarlanır. İşğalçı ölkədə tənəzzül prosesinin yaşanması heç də təsadüfi deyil. Bunun əsas səbəbi ölkədə hökm sürən daxili böhrandır. Təbii ki, bu böhran dünən, bu gün yaranmayıb və onun uzun bir tarixçəsi var. Ermənistan müstəqilliyini qazandıqdan, daha doğrusu, aldıqdan sonra orada müxtəlif siyasi dairələrin, partiyaların mübarizəsi göstərdi ki, təcavüzkar ölkənin düşünən beyinlərinin əsas istəyi heç də firavan həyat qurmaq, öz xalqının mənafeyini düşünmək deyil. Onların niyyəti ərazi iddiaları irəli sürmək və qəsbkarlıq etməkdir. Haylar ömürboyu başqalarının torpaqlarına göz dikiblər, tarixboyu qonşu ölkələrə qarşı ərazi iddialarında olublar. Bu həqiqət ondan xəbər verir ki, ermənilər qonşuluq kimi məfkurəyə, düşüncəyə malik deyillər və olmaq da istəmirlər. Bu yanaşmanın ən böyük fəsadını isə erməni xalqı yaşayır.

T.Abbasov qeyd edib ki, Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə Ermənistanı üstələyir. Amma Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı Ermənistanla müqayisədə kifayət qədər azdır. Bu da onu göstərir ki, təcavüzkar ölkənin hakimiyyət qüvvələrinin idarəçilik qabiliyyəti yoxdur və onlar hər şeyi başlı-başına buraxıblar. Təbii ki, bu amillər region üçün böyük təhlükədir. İşğalçı ölkədə lider dövlətlərin marağı da var və bu, obyektiv reallıqdır. Erməni xalqı çətin vəziyyətdən nicat yolu tapmaq istəyirsə, onları uçuruma aparan qüvvələrin ardınca getməməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan sələfləri kimi səriştəsiz və qətiyyətsiz rəhbərdir. Onun işi yalnız şoudan və cəfəng bəyanatlar verməkdən ibarətdir.

“Ermənistanda kritik vəziyyətin yaranmasının səbəblərindən biri də siyasi böhranın dərinləşməsidir. Paşinyan və hakimiyyətinin taleyi tükdən asılıdır. Bunu ölkədə bir-birinin ardınca verilən istefalar da sübut edir. Əgər o, vaxtında Azərbaycana qarşı bir addım atsaydı, hər şey başqa cür ola bilərdi. Amma o, bunu bacarmadı. Ya özü istəmədi, ya da buna ölkədəki qaragüruhçu, türkofob qüvvələr imkan vermədilər. Çünki bu qüvvələr Azərbaycanla kompromisə getmək təklifi verilən anda qışqır-bağır salır, etiraz edir, asayişi pozurlar. Biz Ermənistan parlamentində dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Ermənistanda terrorçuluq meyilləri çox güclüdür və bu, çox təhlükəli tendensiyadır.

Ermənistan qəsbkar dövlətdir, öz işğalçılıq siyasətindən əl çəkmir və qonşu ölkələr üçün də təhdid yaradır. Avropa təsisatlarının Ermənistanın yol xəritəsinə münasibət bildirməsi və bununla bağlı bəyanat qəbul etməsi onu göstərir ki, artıq Avropada da təcavüzkar ölkənin bölgədəki siyasətinin yolverilməz olduğu qəbul edilir və qınanır. Başqasının torpağında beynəlxalq hüquq və normalara zidd olaraq infrastruktur yaratmaq, yol çəkmək heç bir məntiqə sığmır”, - deyə Tofiq Abbasov vurğulayıb.

O bildirib ki, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarına nə qədər sərmayə qoysalar da, nə qədər yol çəksələr də, xeyri yoxdur. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəcək.

Həyatın iflic vəziyyətdə olduğu Ermənistanın hazırda Rusiya ilə münasibətlərində də böhran yaşanır. Avropaya meyl etsələr də, bunun da xeyri yoxdur. Lakin bununla belə, onlar bəd ssenarilərindən əl çəkmək istəmirlər. Bütün dünyada pandemiya ilə əlaqədar müəyyən boşluqlar yaranıb. Amma postpandemiya dövründə bu boşluqların aradan qaldırılması məsələsi gəldikdə, adekvat siyasət yürüdən ölkələrlə müqayisədə Ermənistanın dərin problemlə üz-üzə qalacağı gün kimi aydındır.

“Davos Dünya İqtisadi Forumu, Dünya Bankı, eləcə də Avropa İttifaqının müvafiq qurumları da bilirlər ki, Ermənistanın gələcəyə heç bir ehtiyatı və təminatı yoxdur. Münaqişənin hərb yolu ilə həll ediləcəyi təqdirdə, işğalçı ölkənin vəziyyəti daha da ağır olacaq”, - deyə politoloq fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar