Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa-Türkiyə münasibətləri: risklər artır, qeyri-müəyyənlik çoxalır

Avropa-Türkiyə münasibətləri: risklər artır, qeyri-müəyyənlik çoxalır

Türkiyənin terrorla mübarizəsi fonunda Qərb dövlətlərinin reaksiyası düşündürücü xarakter almaqdadır. Ənənəvi müttəfiq hesab olunan bir sıra Avropa ölkələri açıqca rəsmi Ankaranı ittiham edirlər. Onlar bir tərəfdən Ankaradan terror təşkilatlarına qarşı çox sərt mövqe tutmamasını tələb edir, digər tərəfdən isə HDP-li millət vəkillərinin müdafiəsinə qalxırlar. Bu zaman Avropanın böyük dövlətləri həmin millət vəkillərinin Türkiyə məhkəməsinə getməkdən imtina etməsinə heç reaksiya vermirlər, Türkiyənin şəhər və qəsəbələrində törədilən terrorun kökünün kəsilməsi üçün bir addım belə atmırlar. Rəsmi Ankaranın isə bu hadisələrə reaksiyası çox sərtdir. Türkiyə rəhbərliyi qətiyyətlə bəyan edir ki, terrora qarşı sona qədər özü bildiyi kimi mübarizə aparacaq və hər bir millət vəkili də hüquq qarşısında məsuliyyət daşıyır. Kənardan edilən heç bir təzyiqə Türkiyə dövlət və millət olaraq boyun əyməyəcək. Bu bəyanatların fonunda regional və qlobal miqyasda geosiyasi mənzərənin dinamikası maraq doğurur. Bununla bağlı bir sıra tezis üzərində dayanmaq faydalı olardı.

Müttəfiqlik fəlsəfəsi: Qərbin dəyişkən mövqeyi

Ankaranın terrora qarşı sərt mübarizəsinə Qərb ölkələrinin reaksiyası bir qədər müəmmalı olub. Hər halda, Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinin bununla bağlı söylədiklərinə baxdıqda, bu qənaətə gəlmək olur. Xüsusilə Almaniya, Belçika və Lüksemburqdan Türkiyə hakimiyyətinin fəaliyyətindən kəskin narazılıq ifadə olunur. Rəsmi Berlin açıq bildirib ki, Ankara "qırmızı xətti" keçir. HDP (Xalqların Demokratik Partiyası) üzvü olan millət vəkillərinin həbsə atılması bu sırada daha çox etiraza səbəb olan hadisə kimi qiymətləndirilir.

Almaniya hökuməti sadəcə sözdə etiraz etmir. O, Türkiyədə haqqında həbs qərarı çıxarılan HDP və CHP-lilərin, FETÖ-çülərin hamısına siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib. Bu sırada "Cumhuriyet" qəzetinin keçmiş rəhbərlərindən olan Can Dündara "yaşıl pasport" verilib və hətta Almaniya Prezidenti onu qəbul edib.

Almaniya hökumətinin üzvləri bir-birinin ardınca Ankaraya qarşı ittihamlar irəli sürməkdə davam edirlər. Onlar iqtisadi sanksiyalar, Aİ-dəki müzakirələr kontekstində belə kəskin ifadələr işlətməkdən çəkinmirlər. Belçika və Lüksemburq siyasi dairələri də analoji mövqedədirlər. Fransa və Böyük Britaniyanın mövqeyində də Türkiyəni qınama tonu mövcuddur.

Avropa bunlarla kifayətlənməyərək daha qabağa gedib. Aİ-yə üzv olan bəzi ölkələrin Türkiyədəki səfirləri HDP-nin qrup iclasına qatılıb, bununla da həmin partiyaya tam dəstək verdiklərini ifadə ediblər. Rəsmi Ankaranın isə bu olaya münasibəti çox sərt olub. Ədliyyə naziri Bəkir Bozdağ xarici diplomatların bu hərəkətini Türkiyə dövlətinə və onun məhkəməsinə "hörmətsizlik" kimi qiymətləndirib (bax: HDP grubuna katılan büyükelçilere Bekir Bozdağ'dan tepki / "Habertürk", 9 noyabr 2016).

Türkiyəli nazir daha açıq danışaraq, Avropa ölkələrinin bəzilərinin terrorçuların yanında yer aldığını deyib. Onun fikrincə, məsələnin daha qlobal geosiyasi çaları var – dünyada bir sıra dairələr Türkiyəyə qarşı gizli planlar qurublar və onu zəiflətmək, mümkün olsa, parçalamaq arzusundadırlar. B.Bozdağ bununla bağlı deyib: "Bu, beynəlxalq bir plandır... Türkiyəni sıxışdırmaq, çətinə salmaq üçün başladılan əməliyyatdır" (bax: əvvəlki mənbəyə). Onun qənaətinə görə, PKK, İŞİD və FETÖ qruplaşmaları həmin planın ayrı-ayrı fraqmentləridir. Onların hamısının məqsədi isə eynidir – Türkiyəni növbəti dəfə mürəkkəb vəziyyətə sürükləyib, onun inkişafına əngəl olmaq.

Bunlar indi Türkiyədə baş verənlərin daha geniş faktorlara bağlı olması nəticəsini çıxarmağa əsas verir. Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə dəfələrlə konkret fikir bildirib. Onun 16-cı MÜSİAD EXPO və 20-ci Beynəlxalq İŞ Forumu Konqresindəki nitqi də bu aspektdə kifayət qədər konkret tezislərlə zəngindir (bax: Cumhurbaşkanı'ndan Trump'ın seçim zaferiyle ilgili ilk açıklama! / "Habertürk", 9 noyabr 2016).

Ekspertlər həmin çıxışı Avropaya "meydandayıq, gəlin" ("hodri meydan") çağırışı kimi qiymətləndirirlər. Çünki Türkiyə rəhbəri faktiki olaraq açıq şəkildə özlərini müttəfiq kimi qələmə verən Avropa ölkələrinin Türkiyəyə düşmən mövqe tutduğunu ifadə edib (bax: əvvəlki mənbəyə). R.T.Ərdoğan Avropanın böyük dövlətlərinin rəhbərlərinin terrorçulara qucaq açdığını söyləyib. O, "onlara qarşı eyni hərəkəti Türkiyə etsəydi, reaksiyaları necə olardı?" sualını verir. Cavab olaraq da bildirir ki, avropalı siyasətçilər ikiüzlü, yəni ikili standartlar siyasəti aparır, özlərinə sərf edəndə terrordan danışır, başqa halda isə birbaşa terrorçulara dəstək verirlər.

Yeni geosiyasi əməkdaşlıq formatı: ikili standartlardan kənar model?

Türkiyə Prezidenti bu cür mövqe tutmağın arxasında çox ciddi geosiyasi məqsədlər olduğunu da açıqca bəyan edib. Onun fikrincə, Yaxın Şərqin geosiyasi mənzərəsinin yenidən formalaşdırılması prosesi gedir. Çünki 2023-cü ildə yüz il əvvəl Qərbin planına uyğun yaradılan geosiyasi mənzərəni hüquqi təsbit edən bir sıra müqavilələrin müddəti bitir. Yenidən analoji sazişlər imzalanmalıdır. Görünür, başda ABŞ olmaqla Qərb dövlətləri XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə də həmin regionda və bütövlükdə dünyada hegemonluğu saxlamaqda israrlıdır.

Bunun üçün də regionlardakı böyük dövlətlərin maraqlarının üstündən xətt çəkmək gərəkdir. Yaxın Şərqdə bunlar Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanıdır. Bütövlükdə Avrasiya məkanında isə Rusiya və Çin də daxil olmaqla daha çox sayda dövlətin maraqlarının təmin edilməsi önünə sədd çəkməyə çalışırlar. Bir sıra analitiklər dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilafların əsl səbəbini Qərbin həmin planları ilə əlaqələndirirlər. Rəcəb Tayyib Ərdoğanın da açıq surətdə bu barədə fikir bildirməsi ciddi arqumentlərdən biridir.

Deməli, Yaxın Şərqdəki, o cümlədən Türkiyədəki terror hadisələrinə, yuxarıda vurğulanan qlobal geosiyasi proseslər prizmasından baxdıqda, daha mürəkkəb bir mənzərə göz önünə gəlir. Rəsmi Ankaranın apardığı mübarizənin yalnız Türkiyənin dövlət sərhədləri ilə məhdudlaşmadığını görmək mümkün olur. Bu aspektdə Rusiya rəhbərliyinin Ankaraya strateji tərəfdaşlıq təklif etməsi olduqca maraqlıdır. Onu vurğulayaq ki, Avropa ölkələrinin səfirləri HDP-nin qrup toplantısında iştirak edəndə Vladimir Putinin şəxsi nümayəndəsi Aleksandr Dugin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasına qatılmışdı. Avropalı siyasətçilər rəsmi Ankaranın əleyhinə olan mövqe tutarkən, A.Dugin əməkdaşlıq və dostluq haqqında söhbət açırdı. Ekspertlər bu olayları maraqlı hesab edir və regionun gələcək siyasi taleyinə ciddi təsiri ola biləcək proseslərin başlaması ehtimalının olduğunu vurğulayırlar.

Bunlarla yanaşı, rəsmi Ankara Avropadan qətiyyən çəkinmir. R.T.Ərdoğan bəyan edib ki, Avropa əlindən nə gəlirsə, etsin. Müzakirələri dayandırmaq istəyirsə, bu gündən dayandırsın. Hətta o, istehza ilə deyib ki, "niyə gecikirsiniz, dayandırın!" (bax: əvvəlki mənbəyə). Ekspertlərin fikirlərinə görə, bu cür qətiyyətli mövqenin arxasında Türkiyənin davamlı inkişafı durur. Bundan başqa, Ankara digər böyük güclərlə əməkdaşlıq etmək şansına malikdir. Bu qisimdə Rusiya ilə yanaşı, Çin, İran və Braziliyanı, Afrika ölkələrini də göstərmək olar. Faktiki olaraq Türkiyə dünyanın hər regionu ilə əməkdaşlıq etmək imkanına malik olduğunu nümayiş etdirir.

Yuxarıda vurğulanan məqamların işığında bizim üçün vacib olan bir incəliyi də unutmaq olmaz. Məsələ burasındadır ki, Azərbaycanın Qərbə inteqrasiyasından dəm vuran bir sıra dairələrə Prezident İlham Əliyevin ibrətverici iradı çox yerində olub. Ölkə başçısı islamofobiyaya düçar olmuş, insan haqlarını daim pozan, müsəlmanlara qarşı qərəzli mövqe tutan Avropaya inteqrasiyadan danışmağın yersiz olduğunu ifadə edib. Uzun illərdir ki, Ermənistanın təcavüzkarlığına min cür hiylə və bəhanə ilə dəstək verən Qərblə hansı ümidlə bir yerdə olmaq mümkündür? Dövlət başçısı onu da xüsusi qeyd edib ki, təbii ki, Aİ ilə əməkdaşlığı inkişaf etdirmək zəruridir. Lakin bu, hansısa siyasi və ya başqa asılılığa qətiyyən aparıb çıxarmamalıdır. Türkiyə və Rusiya nümunələri göz önündədir. Onlar kimi böyük dövlətlərə qarşı belə, dağıdıcı planlar qurur, müxtəlif xarakterli zərbələr vurmağa çalışırlar.

Beləliklə, Türkiyə-Avropa münasibətlərinin böhran həddinə yaxınlaşdığı qənaətinə gəlmək olar. Hadisələrin bundan sonrakı gedişini proqnozlaşdırmaq çox çətin olacaq. Çünki tərəflərdən heç biri mövqeyindən çəkilmək fikrində deyil. Əslində, Türkiyənin başqa yolu yoxdur. O, terrorun kökünü kəsməsə, sabitliyə nail ola bilməyəcək. Qalır, Qərbin terrora dəstək verməkdən imtina etməsi. Buna da nə Vaşinqton, nə də Brüsselin hazır olduğu görünmür. Mümkündür ki, Türkiyə-Rusiya müttəfiqliyi yeni səviyyəyə qalxsın və geosiyasi mübarizə daha kəskin xarakter alsın. Bunlar Cənubi Qafqazın da geosiyasi risk altında olduğu qənaətini yaradır. Region qeyri-müəyyənliyə doğru bir addım da yaxınlaşmış kimi görünür.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb