İDMAN


Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı: Cüdoçularımız qızıl medal uğrunda mübarizə aparacaqlar

Bakı, 30 iyul, AZƏRTAC

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün qızlardan və oğlanlardan ibarət komandamız yarımfinalda Fransa yığmasını 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.

Qeyd edək ki, cüdoçularımız festivalın fərdi yarışlarında 1 qızıl, 4 gümüş, 2 bürünc medal qazanaraq ümumi hesabda 4-cü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.