DÜNYA


Avropada hava əvvəlki kimi təmizlik standartlarından uzaqdır

Budapeşt, 22 sentyabr, AZƏRTAC

Avropanın çox hissəsində hava əvvəlki kimi çirklidir.

AZƏRTAC Avropa İttifaqının Ekologiya Agentliyinin (EEA) bu gün elan etdiyi məlumata istinadla xəbər verir ki, Avropa ölkələrinin əksəriyyətində, xüsusən paytaxt şəhərlərində havanı çirkləndiricilərin qatılıq dərəcəsi hələ də çox yüksəkdir.

Agentlik Avropa İttifaqının üzvü olan ölkələrin hökumətlərinə xəbərdarlıq edib ki, havanın çirkləndirilməsi sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Havanın çirklənməsi ürək-damar və ağciyər xəstəliklərinə səbəb olur, bu isə vaxtsız ölümə gətirib çıxara bilər.

Maraqlıdır ki, 2020-ci ildə Avropada havanın keyfiyyəti yaxşılaşmışdı. Bu onunla bağlı idi ki, pandemiya dövründə zərərli istehsalatların çoxu bağlanmışdı. Pandemiya amili və əlverişli hava şəraiti tullantıların azalması ilə nəticələnmişdi. Lakin EEA xəbərdarlıq edir ki, havanın xırda toz və yerətrafı ozon ilə çirklənməsi avropalıların sağlamlığı üçün ciddi risk olaraq qalır.

Avropanın cənub hissəsində zərərli elementlərin qatılıq dərəcəsi xüsusilə yüksəkdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.