DÜNYA


Avrozonada iqtisadi inam indeksi 2020-ci ildən bəri ən aşağı səviyyədədir

Roma, 29 sentyabr, AZƏRTAC

Avrozonada iqtisadi inam indeksi 2020-ci ildən bu vaxtadək ən aşağı səviyyəyə enib.

AZƏRTAC xəbər verir ki, sentyabr ayında Avrozonada iqtisadi inam indeksi 93,7-yə düşüb. Bu, 2020-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. İqtisadi inam indeksi ardıcıl 7-ci aydır geriləyir.

İndeksdə xidmətlər sektorundan tutmuş sənayeyə qədər bütün kateqoriyalarda geriləmə qeydə alınıb. Ən böyük azalma - 28,8 ilə istehlakçı inam indeksində müşahidə olunub.

Ekspertlərin fikrincə, iqtisadi inam indeksi rekord inflyasiya göstəriciləri və enerji problemləri səbəbindən yaranan narahatlıqlar fonunda geriləyir.

Sorğular göstərir ki, istehlakçıların yüksək inflyasiya gözləntiləri artmaqdadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.