DÜNYA


Avstraliya parlamentariləri kiberhücumdan sonra kompüterlərinin parollarını dəyişiblər

Tokio, 8 fevral, AZƏRTAC 

Avstraliya qanunvericiləri parlamentin kompüter şəbəkəsinə kiberhücumdan sonra parollarını dəyişmək məcburiyyətində qalıblar.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, hücum nəticəsində hər hansı informasiyanın oğurlandığı hələlik məlum deyil. Parlamentin hər iki palatasının spikerlərinin məsələ ilə bağlı yaydığı birgə bəyanatda deyilir: “Biz hələlik parlament, elektorat və ya siyasi proseslərlə bağlı müdaxiləyə cəhd barədə dəlillərə malik deyilik”.

Avstraliyanın Baş naziri Skott Morrison isə bəyan edib ki, hökumət müəssisələri hakerlərin hücumuna məruz qalmayıb. Mənbələrin bildirdiyinə görə, hakerlərin hücumu “mürəkkəb xarakterli” olub. Telekanal qeyd edib ki, hazırda səlahiyyətli orqanlar hücumun xarici dövlətlər, xüsusən də Çin tərəfindən törədilməsi ehtimalını aydınlaşdırır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.