SİYASƏT


Avstraliya saytları Ermənistanın Gəncəyə son raket hücumu barədə məlumatlar yayıb

Kanberra, 17 oktyabr, AZƏRTAC

Avstraliya saytları Ermənistanın raket hücumu nəticəsində Gəncə şəhərində ölənlər və yaralananlar barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Avstraliyanın newcastleherald.com.au, au.news.yahoo.com, westernadvocate.com.au, illawarramercury.com.au və digər saytlarında yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu və 40-dan çoxunun yaralandığı bildirilir. Qeyd edilir ki, sentyabrın 27-dən Ermənistanın törətdiyi təxribatlardan sonra başlanan döyüş əməliyyatlarında oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs rejimi elan edilsə də, qarşılıqlı hücumlar davam edir.

Ermənistanın Azərbaycanın Mingəçevir şəhərinə də raketlər atdığı, lakin onların Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən sıradan çıxarıldığı bildirilir. Qeyd edilir ki, Ermənistanın bu hücumları oktyabrın 10-da əldə edilmiş humanitar atəşkəs barədə razılaşmanın pozulmasına səbəb olub.

Avstraliya saytları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat veriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.