DÜNYA


Avstriyada koronavirusa yoluxma ehtimalı təsdiqini tapmayıb

Vyana, 29 yanvar, AZƏRTAC

Avstriyanın Səhiyyə naziri Rudolf Anşober yanvarın 28-də mətbuata verdiyi açıqlamada bildirib ki, koronavirusa yoluxma ehtimalı olan üç pasiyentin analizlərinin cavabı onların bu virusu daşımadıqlarını təsdiqləyib. Onlardan ikisi Vyanada, biri isə Klaqenfurt şəhərində müayinələrdən keçib. AZƏRTAC xəbər verir ki, nazir hazırda Avstriyada təşvişə heç bir əsas olmadığını və ölkənin səhiyyə sisteminin bütün risklərə qarşı hazırlıqlı vəziyyətə gətirildiyini deyib. Bildirib ki, şayiələrin qarşısını almaq üçün Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyi xüsusi telefon xətti açıb. Həmin nömrəyə zəng etməklə koronavirusa yoluxma, əlamətlər və profilaktik tədbirlər barədə ətraflı məlumat öyrənmək mümkündür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.