CƏMİYYƏT


Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 22 aprel, AZƏRTAC

Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21099” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən “King” markalı 2960 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.