CƏMİYYƏT


Ayrı-ayrı şəxslərə yalan vədlər verərək pul vəsaitlərinin ələ keçirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 24 iyun, AZƏRTAC

Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Astara Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Astara rayonunun Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 32.4-cü, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.