ELM VƏ TƏHSİL


AzMİU-da SOCAR-ın ödənişli istehsalat təcrübəsi proqramının təqdimatı olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) SOCAR-ın ödənişli istehsalat təcrübəsi proqramının təqdimatı olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, SOCAR-ın İnsan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Cavid Umbayev təmsil etdiyi şirkətdə tətbiq olunan daxili və xarici təqaüd proqramları haqqında məlumat verib. Bununla yanaşı, peşə hazırlıqları, mütəmadi təşkil olunan ödənişli və ödənişsiz istehsalat təcrübə proqramları, onların məqsədi, tələbləri, bu günə qədər proqramlar əsasında işə qəbul edilmiş gənc məzun və magistr tələbələr haqqında ətraflı danışıb. O, SOCAR-ın gəncləşmə siyasətindən və bu yolda atılan addımlardan da söz açıb.

SOCAR-ın Kapital qoyuluşları idarəsinin böyük mühəndisi Muxtar Hacıyev də bu proqramların vacibliyinə toxunub, gəncləri bu proqramlardan yararlanmağa dəvət edib. Eyni zamanda, M.Hacıyev özünün də AZMİU məzunu olduğunu və iş təcrübəsində SOCAR-da keçirdiyi karyera yolunun gənclərə nümunə ola biləcəyini vurğulayıb.

Görüşdə AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev, dekanlar, son illərin məzunları və magistrantlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.