ELM VƏ TƏHSİL


AzMİU-nun nümayəndəsi “EduExpo” sərgisində xarici ölkə universitetlərinin nümayəndələri ilə danışıqlar aparıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) öz işini davam etdirir.

Sərgidə təmsil olunan Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) B2B görüşlərində də fəallıq nümayiş etdirir.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov sərgiyə qatılan xarici ölkə universitetlərinin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib. O, V.Plexanov adına Rusiya İqtisad Universitetinin, Daşkənd şəhərində yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutunun, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin, Polşanın Mariya Küri-Sklodovskaya Universitetinin təmsilçiləri ilə görüşdə ikitərəfli əlaqələrin qurulması, müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların keçirilməsi istiqamətində səmərəli danışıqlar aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.