Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azadlıq, bərabərlik və qardaşlıq... ?

Azadlıq, bərabərlik və qardaşlıq... ?

Bakı, 24 noyabr, AZƏRTAC

Fransa Senatı adı ermənilər tərəfindən uydurulmuş, özü isə mövcud olmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın statusu ilə bağlı müzakirələr keçirməyə hazırlaşır. Nə baş verəcək? Fransanı dünyanın “böyük”lərindən biri kimi görən bəzi senatorlar tribunadan “azadlıq”, “insan haqları” və “demokratiya” sözlərini yüksək pafosla səsləndirəcək və “hər bir xalqın azadlıq və müstəqillik arzularına hörmət bəslədiklərini” nümayiş etdirəcəklər. Çıxışlarının sonunda “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması xahişi ilə Fransa hökumətinə müraciət olunmasını təklif edəcəklər. Əminəm ki, erməni diasporunun ideoloji təbliğatından və maliyyə təsirindən kənarda dayanan bir sıra senatorlar opponentlik edəcək və Fransa Senatını belə bir qeyri-qanuni addımı atmaqdan çəkinməyə çağıracaqlar. Nəticəni tezliklə görəcəyik. Lakin nəticədən asılı olmayaraq bu erməni sevdasının baş tutmayacağı və baş tutsa belə qəbul olunacaq istənilən qərarın Azərbaycan üçün heç bir hüquqi nəticə doğurmayacağı da bu başdan bəllidir. Amma Fransadan azı 3000 km aralıda – Azərbaycan ərazisində yaşayan və yaşadığı dövlətin qanunlarına əməl etməkdən imtina edən təxminən 50 min erməninin “müstəqil dövlət” xülyasına senatorların bu qədər həssaslıq göstərməsi bir çox suallar doğurur.

Milli Məclisin deputatı Cavanşir Feyziyev AZƏRTAC-a açıqlamasında bu sualların aşağıdakılar olduğunu deyib:

1) Senatorlar Azərbaycanda olduğu kimi, Fransada da yaşayan etnik toplumlara, o cümlədən sayı 600 mini ötmüş ermənilərə Fransanın özündə hər hansı bir muxtariyyət və müstəqillik verməyə hazırdırlarmı?

2) Doğrudanmı Fransa senatorları hər bir xalqın azadlığını və müstəqilliyini dəstəkləməyə hazırdırlar? Elə isə əsrlər boyu Fransa müstəmləkəçiliyindən xilas olmağa çalışan korsikalıların və Yeni kaledoniyalıların azadlıq və müstəqillik arzularına niyə müqavimət göstərirlər?

1300-cü ildən Genuya Respublikasının tabeliyinə düşmüş Korsika 4 əsrdən çox azadlıq mübarizəsi aparmış və nəhayət, 1752-ci ildə Genuyadan asılılığını azaldaraq özünü müstəqil Korsika dövləti elan etmişdi. Hələ o zamanlar Korsika öz Konstitusiyasını qəbul etmiş və 25 yaşdan yuxarı kişi cinsindən olan bütün vətəndaşlarına seçki hüququ vermişdi. Bu, Avropanın yeni tarixində ümumxalq seçkilərinin ilk təcrübəsi idi. Lakin çox keçmədən 1769-cu ildə Genuya Fransaya olan borcunun əvəzində Korsika adasını onun azadlıqsevər sakinləri ilə birlikdə Fransaya təhvil verdi. Fransa qısa bir müddətdə yerli idarəçiləri amansızlıqla məhv edərək Korsikanın dövlət müstəqilliyinə son qoydu və Korsikanı öz ərazisi elan etdi. Elə həmin il bu adada tarixin ən məşhur Korsikalısı - Napoleon Bonopart dünyaya göz açmışdı. Bəzi mənbələrə görə Xristofor Kolumbun da məhz bu adada doğulduğu bildirilir.

Azadlıq istədiklərinə görə Fransanın korsikalılara verdiyi dərs o qədər təsirli oldu ki, sonrakı 2 əsr ərzində korsikalılar azadlıq sözünü bir daha dillərinə gətirməyə belə cürət etmədilər, yalnız 200 il sonra – 1970 -ci ildə yenidən azadlıq və müstəqillik tələb etməyə başladılar. Bu zaman artıq “Avropa dəyərləri”nə dərindən yiyələnmiş müasir Fransa adada yaşayan korsikalı və siciliyalı etnik qruplar arasında elə bir qanlı münaqişə yaratdılar ki, bu günə qədər korsikalılar yenidən azadlıq tələb etməyə qorxurlar. Hazırda Korsika Milli Azadlıq Cəbhəsi 9000 kvadratkilometr əraziyə və 350 min əhaliyə sahib olan adanın Fransa müstəmləkəçiliyindən azad olunması üçün mübarizə aparır.

250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar və onlar ada avropalılar tərəfindən kəşf olunana qədər təbiətlə vəhdət halında ahəngdar həyat sürüblər. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb. XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa melazeniyalılara azadlıq verməkdən imtina edib. Sonuncu referendum bu ilin 4 oktyabrında keçirilib və yenə də fransalı referendum təşkilatçıları cüzi səs fərqi ilə Yeni Kaledoniya sakinlərinin guya azadlıqdan “imtina etdiklərini” elan ediblər.

Amma 100 illərlə Fransa əsarətində yaşayan təkcə korsikalılar və melaneziyalılar deyil. Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Hələ ermənilər Qafqaza köçməmişdən əvvəl zorən “fransızlar” azadlıq mübarizəsi aparmağa başlayıblar və hələ də Fransa asılılığından azad olunacaqları günü gözləyirlər. Fransa senatorları isə Azərbaycanda yaşayan 50 min erməninin Azərbaycan torpaqlarında yaratmaq istədiyi qondarma bir qurum üçün müstəqillik tələb etmək sevdasına düşüblər. Bəs dünyaya “Azadlıq, bərabərlik və qardaşlıq” şüarı ilə xitab edən Fransa senatorları 2 əsrdən çox əsarətdə saxladıqları təxminən 3 milyon insanın müstəqillik və azadlıq hüquqlarını nə vaxt tanıyacaqlar? Min illərlə öz torpaqlarında yaşayıb yüz illərlə Fransa əsarətində qalan korsikalıların və melaneziyalıların müstəqillik mübarizəsini qanla yatırdan Fransanın cəmi 200 il əvvəl Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin müstəqillik arzusuna bu qədər həssas yanaşması nədən və haradan qaynaqlanır? Bu sualların cavabını isə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını özlərinin ən böyük dəyəri hesab edən Fransa senatorları verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub