Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AzərTAc-ın “Səfir saatı”nın qonağı Paskal Mönye:
Azərbaycan Cənubi Qafqazda Fransanın etibarlı tərəfdaşıdır VİDEO

AzərTAc-ın “Səfir saatı”nın qonağı Paskal Mönye:Azərbaycan Cənubi Qafqazda Fransanın etibarlı tərəfdaşıdır VİDEO

Bakı, 30 dekabr (AZƏRTAC). Uğurlu xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənir. Artıq dünya birliyində Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Azərbaycanın bu sahədəki uğurlarını AZƏRTAC-ın yeni layihəsinin – “Səfir saatı”nın qonağı olan diplomatlar qiymətləndirəcəklər. İlk müsahibimiz Fransanın Azərbaycandakı səfiri Paskal Mönyedir.

- Cənab səfir, söhbətimizə Azərbaycan-Fransa əməkdaşlığından başlayaq. Ölkələrimiz arasında əlaqələrin perspektivlərini necə görürsünüz? Tərəfdaşlıq çərçivəsində ən uğurlu sahə hansı olmuşdur?

- Artıq il yarımdan çoxdur ki, mən Bakıdayam. Azərbaycana gəlişim 2012-ci il mayın 10-a təsadüf edib. Bu tarixin Azərbaycan üçün çox böyük rəmzi mənası vardır – mayın 10-u ümummilli lider Heydər Əliyevin anadan olan günüdür. Mayın 8-i isə Fransada V Respublikanın yeni hökumətinin, solların - Fransua Ollandın hakimiyyətə gəldiyi gündür. Ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlər çox yaxşıdır, Azərbaycan Cənubi Qafqazda Fransanın etibarlı tərəfdaşıdır. Azərbaycan regionda sabitliyə töhfələr verir.

2012-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfər etmişdir. Səfər zamanı hər iki ölkənin prezidentləri arasında çox səmərəli danışıqlar aparılmışdır. Azərbaycan Fransanın strateji münasibətlər qurmaq istədiyi ölkədir. Hazırda, Azərbaycan enerji təhlükəsizliyi sahəsində də Fransanın vacib tərəfdaşıdır.

- Sizcə ölkələrimiz arasındakı ikitərəfli əlaqələr çərçivəsində güclü inkişaf gözləyə biləcəyimiz hər hansı bir sahə vardırmı və hansı sahə daha çox diqqət tələb edir?

- Əgər xarici ticarətlə bağlı statistikaya diqqət yetirsək görərik ki, bu sahədə daha böyük potensial vardır. 2011-ci ildə Fransanın Azərbaycana ixracat dövriyyəsi 130 milyon avro idi. Mən səfir kimi fəaliyyətə başlayandan sonra 3 il ərzində bu rəqəmi 1,5 milyard avroya çatdırmaq məqsədi qarşıya qoyulmuşdur. 2012-ci ildə biz ticarət dövriyyəsinin həcmini 164 milyon avroya çatdırdıq. 2013-cü ilin yeddi ayı ərzində isə bu rəqəm 250 milyon avro olmuşdur. Azərbaycanın iqtisadiyyatı sürətlə şaxələndirilir, yeni infrastrukturlar yaradılır, metro, dəmir yolu tikintisi davam etdirilir və s. Əminəm ki, Fransa Azərbaycan ilə bu istiqamətlərdə əməkdaşlığı genişləndirəcək və 2014-cü il yeni müqavilələrin imzalanması baxımından çox məhsuldar olacaqdır.

- Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri mədəniyyət və təhsil sahəsində əməkdaşlıqdır. Bu sahənin hazırkı inkişafını necə dəyərləndirirsiniz və bu istiqamətdə hansı əhəmiyyətli tədbirlər gözlənilir?

- Mədəniyyət sahəsində ölkələrimiz arasında ikitərəfli əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fransanın bütün əyalətlərində Azərbaycan mədəniyyətini və mədəni irsini fransızlara tanıtmaq üçün bir çox tədbirlər təşkil edilmişdir. Azərbaycanın birinci xanımının Fransaya hər səfəri böyük uğurlu layihələrlə yadda qalır. Bu layihələr sayəsində Fransızlar Azərbaycanı, xalqınızın mədəniyyətini, ədəbiyyatını, incəsənətini daha dərindən tanıyır və heyran qalırlar. Məsələn, fransızlar artıq Azərbaycan ədəbiyyatının klassikləri Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin yaradıcılığı ilə tanışdırlar və muğamlarınız çox sevirlər. Həmçinin “Natiq” ritm qrupu “Azərbaycan Kannda” mədəniyyət günlərində möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Biz də öz növbəmizdə, xüsusilə universitetlər səviyyəsində bu əlaqələrin genişlənməsində maraqlıyıq. Siyasi əlaqələr isə dediyim kimi, yüksək səviyyədədir.

Bakıda fransız dili liseyi açılmışdır. Bu il liseyə 30 şagird qəbul edilmişdir. Ümid edirik ki, bu rəqəm yeni dərs ilində iki dəfə artacaqdır. İyun ayında Azərbaycan Diplomatik Akademiyasında (ADA) hər iki ölkənin universitetlərinin Fransa–Azərbaycan Forumu təşkil edilmişdir. Fransanın on iki universitetinin nümayəndələri bu Forumda iştirak etmişlər. Onlardan bəziləri artıq əməkdaşlıq sazişləri imzalamışdır. Məsələn, Fransanın nüfuzlu Lil Siyasi Elmlər Universiteti ADA ilə əməkdaşlıq sazişi bağlamışdır. Eləcə də Fransanın Milli Administrativ Məktəbi (ENA) Azərbaycan məmurları üçün təlim stajları təşkil etmiş, Hakimlər Məktəbi isə Azərbaycanın Ədliyyə Nazirliyinin təlim mərkəzi ilə əlaqə qurmuşdur.

- Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən geniş strateji tərəfdaşlıq mövcuddur. Bu məsələ ilə də bağlı fikirlərinizi bilmək istərdik?

- Bizim strateji tərəfdaşlığımızın bir çox tərkib hissələri vardır. Fransanın Azərbaycan ilə bir sıra sahələrdə sıx siyasi əlaqələri mövcuddur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Fransa ilə bir çox qətnamə layihələrində əməkdaşlıq edir. Azərbaycanın bu layihələrdəki konstruktiv rolu rəsmi Parisdə yüksək qiymətləndirilir. Fransa bu il Azərbaycanın ilk qaz alıcısı olmuşdur. Belə ki, Azərbaycandan ildə 2,5 milyard kub metr qaz almağa imkan verəcək 25 illik saziş imzalanmışdır.

- İndi inkişafın Azərbaycan modelindən tez-tez danışırlar. Bu barədə siz nə deyə bilərsiniz?

- Azərbaycanın öz inkişaf strategiyası vardır. Haqlı olaraq bu barədə danışırlar. Bakıya gələn turistlər bir tərəfdən şəhərin gözəlliyinə, digər tərəfdən sürətli inkişafına valeh olurlar. Şəhərin hər yerində yeni binalar tikilir. Bu da sağlam iqtisadiyyatdan xəbər verir. Fransa 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə inanır.

İqtisadi inkişafdan danışarkən Azərbaycan hökumətinin korrupsiya ilə bağlı mübarizəsini xüsusi qeyd etməliyəm. Bunun bariz nümunəsi kimi “ASAN xidmət”ini göstərə bilərik. Mən “ASAN xidmət”inin ofisində olmuşam. Bu, “elektron hökumət” adlanan qurumdur. “ASAN” bir çox xidmətləri qısa müddət ərzində yerindəcə həyata keçirir.

Azərbaycanda təkcə iqtisadiyyat deyil, mədəniyyət də sürətlə inkişaf edir. Sizin çox istedadlı rəssamlarınız, musiqiçiləriniz vardır. Biz səfirliyimizdə Naxçıvan Muxtar Respublikasından olan rəssam Ülviyyə Həmzəyevanın sərgisini təşkil etmişik.

2014-cü il Fransa-Azərbaycan əlaqələrinin inkişafı baxımından daha zəngin il olacaqdır. Bu il bir sıra yüksək səviyyəli səfərlər gözlənilir.

- Vilnüsdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş olmuşdur. Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın mövqeyi necədir?

- Bu münaqişə çox uzandı. Amma hər kəs onun tezliklə həll olunacağına böyük ümidlər bəsləyir və onun dinc yolla həlli arzusundadır. Müşahidəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Vilnüs görüşü zamanı yeni ümidlərin yarandığına və bunun yeni ildə görüşmək üçün siyasi iradənin təzahürü olduğuna inanırlar. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kiyevdə görüşmüşlər. Hər iki nazirin yanvar ayının sonunda Parisdə yenidən görüşəcəyi məsələsi gündəmdədir. Beləliklə, danışıqlarda yeni müsbət dinamika hiss olunur. Əlbəttə, Fransa münaqişənin tezliklə və dinc yolla həlli üçün səylərini əsirgəməyəcəkdir. Biz Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini qəbul etdik. Onlar 2014-cü ildə yenidən Parisdə görüşərək təsdiq olunması nəzərdə tutulan bəyannamə hazırlamaq niyyətindədirlər.

Münaqişənin həlli ilə bağlı ümidlər böyükdür, sadəcə məsələyə real və ehtiyatlı yanaşmaq lazımdır. Hər halda, Fransa bu müsbət irəliləyişə köməyini əsirgəməyəcəkdir.

- 20 ildən sonra Fransanın Azərbaycandakı missiyasını necə görürsünüz? O vaxt artıq indiki prioritetlər, indiki hədəflər olmayacaqdır.

- İnanıram ki, qarşıdakı 20 ildə Azərbaycan daha da inkişaf edəcəkdir. Azərbaycan regionun turizm mərkəzi statusunu daha da möhkəmləndirəcəkdir. Bunu ölkənizdə tikilən yeni otellər, muzeylər, istirahət məkanları təsdiqləyir. Azərbaycan həm də informasiya texnologiyaları sahəsində yeni doğan günəşə bənzəyir. Məncə, 20 il ərzində Bakı indiki kimi yenə də beynəlxalq konfransların keçirildiyi əsas mərkəz olacaqdır. Mənim Azərbaycanın gələcəyi haqqında baxışlarım çox nikbindir. Ümidvaram ki, mən o zaman Azərbaycandakı yenilikləri görmək üçün yenidən buraya gələcəyəm.

- Cənab səfir, bildiyimizə görə Azərbaycan dilini öyrənirsiniz. Bu, sizin üçün çətin deyil ki?

- Azərbaycan dili çox maraqlı və asan bir dildir. Çünki sizin diliniz də türk, macar və həmçinin yapon dilləri kimi Altay dil ailəsinə daxildir. Məsələn, yapon dilində sərbəst danışmağıma baxmayaraq, cümlə qurmaqda kiçik problemlərim vardır. Mənim danışdığım dillərin əksəriyyəti türk dilindən daha fərqli olduğu üçün bu, müəyyən problemlər yaradır. Mən ərəb mənşəli sözləri daha asan qavrayıram. Azərbaycanca elmi, siyasi terminləri daha asan başa düşürəm, amma adi danışıq dilini öyrənməkdə bir az çətinlik çəkirəm.

AzərTAc-ın “Səfir saatı”nın qonağı Paskal Mönye:Azərbaycan Cənubi Qafqazda Fransanın etibarlı tərəfdaşıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb