Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan. 2016-cı ilin əsas hadisələri

2016-cı il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə əlamətdar olub. AZƏRTAC yola saldığımız ilin əsas hadisələrini təqdim edir.

Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin Zirvə görüşü keçirilib

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Zirvə görüşündə üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Dövlət başçıları Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda görüşü tarixi hadisə kimi qiymətləndirilir. Çünki bu ölkələrin dövlət başçıları tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçiriblər.

Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər referenduma çıxarılıb və qəbul edilib

Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində ölkə üzrə qeydə alınmış 5 milyon 276 min 111 seçicinin 3 milyon 671 min 707-si, yəni, 69,7 faizi iştirak edib. Səsverməni 53 mindən çox yerli müşahidəçi, 33 ölkədən 117 beynəlxalq müşahidəçi, 16 nüfuzlu beynəlxalq KİV-in nümayəndələri izləyiblər.

Konstitusiyaya edilən dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti beş ildən yeddi ilədək artırılıb, ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis olunub. Həmçinin prezident və deputat seçilmək üçün müvafiq olaraq 35 və 25 yaş məhdudiyyətləri aradan qaldırılıb. Ümumilikdə, Konstitusiyanın 23 maddəsində dəyişiklik edilib, Əsas Qanuna 6 yeni maddə əlavə edilib.

Siyasi analitiklər referendumun nəticələrini Azərbaycan xalqının Prezident İlham Əliyevə yüksək etimadının göstəricisi kimi qiymətləndirirlər.

Azərbaycan ordusunun gücünü nümayiş etdirən aprel döyüşləri baş verib

Azərbaycan Silahlı Qüvvələri aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq düşmənə tutarlı zərbələr endirib. Aprelin 5-dək davam edən dördgünlük döyüşlər zamanı ordumuz bir sıra strateji nöqtələri - Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirib.

Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Ümumilikdə 2000 hektardan çox ərazi işğaldan azad olundu. Döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin çox sayda canlı qüvvəsi və texnikası məhv edildi.

Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub

Təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib. Yunanıstanın Baş naziri Aleksis Tsipras və TAP layihəsinin icraçı direktoru Yan Bradşou çıxış edərək layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rolundan danışıblar.

TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq. Bu fikir isə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxışında bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql ediləcək. TANAP-a qoşulacaq bu boru kəməri ilə ilkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.

Roma Papası Fransisk Azərbaycanda pastoral səfərdə olub

Oktyabrın 2-də Bakıda səfərdə olan Roma Papası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb. Prezident İlham Əliyev və Papa Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Həmçinin Roma Papası Fransiskin iştirakı ilə Bakıdakı Katolik Kilsəsində dua mərasimi keçirilib.

Bu, Azərbaycan tarixində Vatikan rəhbərinin ölkəmizə ikinci səfəri idi. Bundan əvvəl 2001-ci ildə Papa II İohann Pavel Azərbaycana səfər etmişdi.

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib

Aprelin 25-27-də keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mari-Luiz Koleyro Preka, digər ölkələrin, beynəlxalq və regional təşkilatların yüksək səviyyəli rəsmiləri, mədəniyyət, media nümayəndələri iştirak ediblər.

“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında keçirilən Forumda fərqli dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı, mövcud problemlərin aradan qaldırılması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunub, Bakı Bəyannaməsi qəbul edilib.

Bu Forumun Bakıda keçirilməsi haqqında qərar 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında qəbul olunmuşdu.

Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi edib

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib. Daha sonra Prezident tədbir iştirakçıların bir qrupunu qəbul edib.

Noyabrın 16-18-də keçirilən tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200 rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər.

Konqres çərçivəsində “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, həmçinin OANA-ya sədrlik etmək hüququ AZƏRTAC-a keçib.

Bakıda Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilib

İyunun 17-19-da Bakıda Formula-1 Avropa Qran-pri yarışları keçirilib. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədən 500 milyon tamaşaçı izləyib. Yarışlar “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.

 

Sentyabrın 1-14-də Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü iştirak edib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

Mingəçevir Sənaye Parkının təməli qoyulub

Sentyabrın 21-də keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Burada, həmçinin tibbi kosmetika məhsulları istehsalı müəssisəsi, ölkəmizdə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş fabriki yaradılacaq.

Azərbaycanın yüngül sənayesinin inkişafında əvəzolunmaz rol oynayacaq Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min, sonra 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Bakı Metropoliteninin yeni “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları açılıb

Metronun yeni stansiyalarının açılışı aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə olub.

Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. “Avtovağzal”–”Memar Əcəmi” mənzil tunellərinin və “Memar Əcəmi” stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfində həyata keçirilib.

Hər iki stansiyanın inşasında əsasən yerli xammaldan istifadə olunub.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarı yola salınıb

Bu münasibətlə yanvarın 15-də keçirilən mərasimdə Ukrayna Baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər.

Marşrut Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edir. Eksperimental reysə bərə keçidləri və quru yol daxildir. Bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO