Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında logistikanın modernləşdirilməsi sahəsində qarşıya yeni vəzifələr qoyulmuşdur

Bakı, 4 mart (AZƏRTAC). Nəqliyyat sektoru iqtisadiyyatın dinamik inkişafını təmin edən vacib amillərdən biridir. Azərbaycanda bazar iqtisadiyyatının formalaşdırılması nəqliyyatın rolunu daha da artırmışdır. Nəqliyyatın əsas vəzifəsi - maddi dəyərlərin dövriyyəsinin sürətlənməsi, hazır məhsulun çatdırılması, insanların daşınması və s. proseslər həm istehsalçıların, həm də istehlakçıların maraqları ilə bağlı olduğundan müasir dövrdə daha da aktuallaşır. Nəqliyyat sisteminin inkişaf və təkmilləşdirilməsinin müasir meyilləri logistik idarəetmənin genişləndirilməsi ilə sıx bağlıdır. Dünya bazarlarında fəaliyyətin müəyyənedici strategiyası sövdələşmələrin dəqiq və qısa müddət ərzində həyata keçirilməsindən ibarətdir. Başqa sözlə desək, inkişaf etmiş cəmiyyətlərdə iqtisadi fəaliyyətə təsirin əsas aparıcı şərti logistikanın inkişaf səviyyəsidir.

Bu baxımdan “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəqliyyat sektoruna xüsusi diqqətin ayrılması da sahənin əhəmiyyətini əks etdirir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun statistika və analitik təhlil şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov AZƏRTAC-a bildirmişdir ki, diqqəti çəkən və yaxın gələcəkdə nəqliyyat sektorunda baş verəcək dəyişiklikləri konsepsiyanın aşağıdakı bəndələrindən görmək olar:

- Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması təşkil olunacaq;

- Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlərin görülməsi reallaşdırılacaq;

- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikilməsi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək;

- Yol nəqliyyatı sahəsində çınqıl örtüklü yollar tədricən bərk örtüklü avtomobil yolları ilə əvəz ediləcək, respublika və yerli əhəmiyyətli yolların, o cümlədən şəhər, qəsəbə və kənd yollarının yenidən qurulması və genişləndirilməsi davam etdiriləcək, yüksək ekoloji standartlara keçid təmin olunacaq, yol qovşaqları, körpülər tikilib təmir ediləcək və digər modernləşdirmə işləri aparılacaqdır. Yeni yolların salınması əhalinin təhlükəsizliyinin təmin edilməsi prinsipi və əsasən birinci dərəcəli yolların tikilməsi ilə davam etdiriləcək, şəhərdaxili və şəhərdənkənar yük terminallarının tikintisi sürətləndiriləcək, müvafiq infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, böyük şəhərlərdə və ümumən ölkənin bütün ərazisində nəqliyyatın intellektual idarə olunması sisteminin tətbiqi reallaşdırılacaqdır.

Ölkəmizin coğrafi mövqeyinə görə Avropa və Asiyanı birləşdirən beynəlxalq ticarət yollarının kəsişməsində yerləşdiyini xatırladan E.Qasımov bildirmişdir ki, bu sahənin malik olduğu potensialdan tam faydalanmaq üçün mövcud problemlərin həlli qarşıda duran əsas prioritetlərdən biridir. Nəqliyyat sektorunun 2000-2011-ci illərdəki inkişaf dinamikasına nəzər salsaq, gözlərimiz önündə bu istiqamətdə görülmüş işlərin aydın mənzərəsi yaranar.

Məsələn, 2000-ci ildə nəqliyyat sektorunda investisiyaların payı 44,0 milyon manat idisə, 2011-ci ildə bu rəqəm 2509,4 milyon manat olmuşdur. Bu sahəyə yönəldilmiş investisiyanın həcminin davamlı olaraq artması və infrastrukturun müasir standartlara uyğunlaşdırılması öz müsbət təsirini daşınan yüklərin həcmində və daşınmalardan əldə olunan gəlirdə də göstərir. Belə ki, nəqliyyat sektorunda yük daşınması 2000-ci ildəki 80180 min tondan 2011-ci ildə 203586 min tona çatmış, daşınmalardan əldə olunan gəlirlər isə müvafiq olaraq 375,1 milyon manatdan 3283,3 milyon manata bərabər olmuşdur.

Qloballaşma nəticəsində ölkələr arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq artır, yəni vahid dünya iqtisadi sistemi yaranır. Bəzi ölkələr beynəlxalq ticarət fəaliyyətində birbaşa iştirak etmədikləri halda, faktiki olaraq yüklər onların ərazisindən keçdikdə nəqliyyat, tranzit və gömrük xidmətləri göstərirlər.

“Hazırkı dövrdə kompaniyalar müasir logistika xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verir”, - deyən E.Qasımov vurğulayır ki, bu sahədə xərclərin azaldılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə müxtəlif nəqliyyat növlərindən istifadə edərək yükdaşımaların həyata keçirilməsi səbəb olur. Belə ki, yolda olan yükün qısa müddət ərzində çatdırılması tələb olunursa, onda onu yaxın limanda gəmidən götürərək hava və yaxud dəmir yolu nəqliyyatı vasitəsilə çatdırırlar. Əmtəələrin “qapıdan-qapıya” və “dəqiq vaxtında” çatdırılmasına olan tələblər və bu xidmətlərin əsaslandırılmış qiymətinə yüklərin daşınması, konteynerlərin icarəsi, yük konteynerlərinin bir yerə cəmlənməsi və paylanması, məhsulun saxlanması və bölüşdürülməsi xərclərinin də daxil olunmasını nəzərdə tutur.

Göründüyü kimi, logistika konsepsiyasının yayılmasında nəqliyyatın xüsusi rolu vardır. Hazırda yerli şirkətlərin qarşısında duran əsas problemlərdən biri logistika sahəsində kadr hazırlığıdır. Orta və yüksək idarəetmə pillələrinin rəhbərlərinin, müxtəlif müəssisələrin işçilərinin iş praktikasına logistik düşüncə tərzinin daxil edilməsi vacibdir. “Logistika” ixtisası üzrə kadr hazırlığı, orta və yüksək pilləli menecment işçilərinin bu sahədə ixtisasının artırılması və yenidən hazırlanması zəruridir.

İqtisad üzrə fəlsəfə doktoru E.Qasımov bildirmişdir ki, nəqliyyat sektoru ölkədə prioritet sahələrdən biri sayılır və onun inkişafında yerli iştirakçılar ilə yanaşı, xarici tərəfdaşlar da maraqlıdırlar. Dünyada baş verən meylləri nəzərə alaraq əminliklə söyləmək olar ki, yerli nəqliyyat-ekspedisiya şirkətləri tezliklə rəqabətqabiliyyətliliklərini saxlamaq üçün xidmət tariflərini aşağı salmaq məcburiyyəti ilə üzləşəcəklər. Bu məsələlərin həllində beynəlxalq daşımaların həyata keçirilməsi zamanı xərclərin idarə edilməsi üzrə müasir metodların mahiyyətinin və tətbiqi sahələrinin öyrənilməsi, nəqliyyat xidmətlərinin istehsalı zamanı əsas xərc əmələ gətirən və risk yaradan amillərin müəyyən edilib araşdırılması, xərclər üzərində nəzarət və risklərin minimallaşdırılması funksiyasının səmərəli həyata keçirilməsinə yönəlmiş idarəetmə qərarlarının qəbulu metodlarının hazırlanması, yerli sahibkarlar üçün məlumat kitabçalarının işlənərək paylanması və s. vacibdir.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda logistikanın inkişafını təmin etmək üçün yeni yük terminallarının yaradılması, anbar işlərinin mexanikləşdirilməsi, kadr hazırlığının müasir səviyyədə təşkili qarşıda duran mühüm vəzifələrdir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan bu istiqamətlər üzrə mövcud imkan və resursları nəzərə almaqla, əsas məqsəd ölkəmizdə davamlı iqtisadi artım və yüksək sosial rifaha, sahibkarlığın inkişafına nail olmaqdır. Son illər ərzində bu sahədə bir sıra problemlərin həllinə nail olunmuş, zəruri maddi-texniki baza formalaşdırılmış, bununla da gələcəkdə görüləcək işlər üçün əsaslı zəmin yaradılmışdır. Təbii ki, bu istiqamətdə işlər davam etdiriləcək, Azərbaycan logistikası regionun ən modern sisteminə çevriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir