İDMAN
Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini bərpa edib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini iyunun 1-də bərpa edib.
Federasiyanın mətbuat katibi İradə Mehdiyeva AZƏRTAC-a bildirib ki, milli komandanın baş məşqçisi Bəhruz Salehlinin və məşqçi Ziyad Xəlfəyevin rəhbərliyi ilə keçən məşqlərə ilk növbədə üçtəkanla tullanma növündə mübarizə aparan idmançılar qatılıblar. Atletlər arasında Avropa çempionu Nazim Babayev də yer alıb.
Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]