SİYASƏT
Azərbaycan-BP əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [20:00]
Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib
- 10.05.2024 [19:51]
Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
- 10.05.2024 [19:38]