İQTİSADİYYAT


Azərbaycan Banklar Assosiasiyasının "Hüquqi məsələlər üzrə Ekspert Qrupu"nun iclası keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasında (ABA) bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası və bu fəaliyyətlə bağlı İşçi Qrupun yaradılması məsələsi müzakirə edilib.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının "Hüquqi məsələlər üzrə Ekspert Qrupu" ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, ABA-nın "Hüquqi məsələlər üzrə Ekspert Qrupu"nun sədri Qorxmaz Ağayev və qrupun digər üzvləri iştirak edib.

İclas çərçivəsində bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası və bu fəaliyyətlə bağlı İşçi Qrupun yaradılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.