Azərbaycan Beynəlxalq Bankının aktivləri 23 faiz artmışdır
AzerTAg.az
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 22,8 faiz artaraq cari il aprelin 1-nə 7,648 milyard manata çatmışdır.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ABB-nin kredit portfeli illik müqayisədə 28,2 faiz artaraq 5,155 milyard manat, məcmu kapitalı 27,1 faiz artaraq 950,6 milyon olmuşdur.
Bu dövrdə fiziki şəxslərə verilmiş kreditlər 557,2 milyon manat, bankın nizamnamə kapitalının həcmi 499,8 milyon manat, gəlirləri 143,97 milyon manat, xalis mənfəəti 12,3 milyon manat təşkil etmişdir.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,542 milyard manata bərabər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çoxdur.
Aprelin 1-nə ABB-nin 2 milyon 041 min 206 aktiv plastik kartı olmuşdur. Hazırda kartların xidməti üzrə şəbəkə 697 bankomat və 5123 POS-terminaldan ibarətdir.
Xəbərin mətnində orfoqrafik səhv var