ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ali məktəbin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, iclasda 2022-2023-cü il üçün tədbirlər planı müzakirə olunub. ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanın ilk incəsənətyönümlü ali təhsil ocağı olan ADMİU-nun 100 yaşı tamam olur. Bu münasibətlə universitet rəhbərliyinin təklifi əsasında “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, 2022-ci ildən etibarən incəsənətin müxtəlif sahələrini əks etdirən tədbirlər keçiriləcək.

İclasda universitetin tələbələrinin yaradıcılıq işlərindən ibarət kino və teatr festivallarının, məzunların forumunun, müxtəlif ali təhsil müəssisələrində ADMİU-nun yubiley tədbirlərinin, silsilə elmi-praktik konfransların keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, universitetin tarixini əks etdirən kitabın, “Universitetin tarixi fotolarda” adlı fotoalbomun hazırlanıb nəşr edilməsi, dövri mətbuatda “ADMİU-100” rubrikası adı altında məqalələrin dərc olunması, ali təhsil ocağının şərəfli inkişaf yolunu əks etdirən sənədli filmin hazırlanması və digər təkliflər dəyərləndirilib.

İclasda Təşkilat Komitəsi üzvlərinin fikir və təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.