ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş filiallarının monitorinqi aparılıb

Bakı, 23 fevral, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 (beş) filialının monitorinqi aparılıb.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, monitorinqin keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiyadan sonra filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.

Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri, eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda, filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında akkreditasiya komissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.