İDMAN


Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin tərkibi formalaşıb

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar seçki ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak ediblər.

Yığıncaqda federasiyanın İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yolu ilə seçilib. Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Beləliklə, AGF-nin 5 nəfərdən ibarət İcraiyyə Komitəsində Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, vitse-prezident Namiq Əliyev, N.Abdullayev, F.Mansurov və Vasif Məmmədov yer alıblar.

Qeyd edək ki, İcraiyyə Komitəsinin yeni üzvü V.Məmmədov daha əvvəl Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.