İQTİSADİYYAT


Azərbaycan Gürcüstana təbii qaz ixracını 8 faizdən çox artırıb

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana ixrac olunan təbii qaz və qazlı karbohidrogenlərin həcmi artıb. Hesabat dövründə Azərbaycan qonşu ölkəyə 182,76 milyon ABŞ dolları dəyərində 1 milyon 117 min 315,4 ton qaz və qazlı karbohidrogenlər ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabatda deyilir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 7,2 faiz çoxdur.

Yanvar-iyul aylarında isə Azərbaycan Gürcüstana təbii qaz ixracını 8 faizdən çox artırıb.

Müqayisə üçün qeyd edək ki, 7 ayda Gürcüstan Azərbaycandan 1 milyard 47 milyon 703,2 min kubmetr təbii qaz idxal edib. Bu da keçən ilə nisbətən 80 milyon 363,3 min kubmetr və 8,3 faiz çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.