Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Həssas qruplara dair” mövzusunda regional konfrans keçirib

Bakı, 7 may, Nəriman Həsənov, AZƏRTAC

Mayın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “Həssas qruplara dair” mövzusunda regional konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, AHİK-in sədr müavini Cavanşir Alxasov bildirib ki, davamlı iqtisadi inkişaf yolu seçmiş Azərbaycan Respublikasında dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi önəmli yer tutur. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkədə sosial müdafiə sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yaradılıb, habelə bir sıra beynəlxalq konvensiyalara və sazişlərə qoşulmaqla vətəndaşların sosial təminatı ilə bağlı ciddi öhdəliklərə imza atılıb.

Bildirilib ki, öz sıralarında 1,5 milyon əməkiqtidarlı təbəqələri birləşdirən həmkarlar ittifaqları işçilərin sosial, iqtisadi, hüquqi münasibətlərini qoruduqları kimi, onların sağlamlığını, tibbi xidmətini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə Azərbaycan Respublikası 2008-ci ildə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulub. Bu istiqamətdə həmkarlar təşkilatları öz səlahiyyətləri çərçivəsində həmin konvensiyanın tələblərinin tam icra olunmasına ictimai nəzarəti həyata keçirərək müəssisə və təşkilatlarda yaradılmış komissiyaların işlərində iştirak edirlər.

C.Alxasov qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən həssas qrup insanların hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Həmkarlar ittifaqı təşkilatları əhalinin bütün təbəqələrinin, daha çox həssas və xüsusi zəif təbəqəsinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. Həssas qrupa daxil olan insanlara bütün sahələrdə diqqət və qayğı göstərilməsi AHİK-in sosial statusunun mühüm xüsusiyyətlərindən biridir, həmkarların strateji konsepsiyasının tərkib hissəsidir. Belə insanların cəmiyyətə və əmək fəaliyyətinə uyğunlaşması, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etməsi çox vacib sosial-iqtisadi məsələlərdəndir. Onların əməyə cəlb edilməsi, cəmiyyətə inteqrasiya olunması, özlərini şəxsiyyət kimi təsdiqləməsi, psixoloji maneələrin aradan qaldırılması, özlərinin və ailə üzvlərinin maddi vəziyyətinin yaxşılaşdırılması az da olsa ölkə iqtisadiyyatının inkişafı üçün imkan yaradır. Ona görə də cəmiyyətdə daha çox qayğıya və yardıma ehtiyacı olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması və sosial reabilitasiyası həmkarların daim diqqət göstərdiyi sahələrdən biridir.

Sədr müavini vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini, yəni, 750 milyon nəfərini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycanda isə əhalinin təxminən 6 faizi, yaxud 627 min nəfəri bu gün əlil və ya fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdadır. Bu rəqəm digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda 2,5 dəfə aşağıdır.

Peşə xəstəliyi və ya ümumi xəstəliklər nəticəsində əlil olmuş şəxslərin Tibbi Sosial Ekspert komissiyalarının verdiyi əmək zəmanətləri haqqında rəyinə uyğun olaraq, müvafiq işlə təmin olunmalarına, əlavə qidalanmaya ehtiyacı olanların, müəssisələrin vəsaiti hesabına müvafiq ərzaqlarla təminatına xüsusi fikir verilir. Həmkarlar ittifaqlarının səyi ilə əlillər üçün kvota ilə müəyyən edilmiş iş yerlərində Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun tələblərinə müvafiq olaraq məşğulluq proqramlarında əlillərin işləməsi üçün xüsusi bəndlər nəzərdə tutulur.

Hər il ölkə vətəndaşlarının xəstələnmələrinin vəziyyəti, o cümlədən ilkin əlilliyin strukturu və əlillərin tibbi sosial reabilitasiyasının vəziyyəti təhlil olunur. Əlilliyin profilaktikası və əmək qabiliyyətinin bərpa edilməsi məqsədilə tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması, icbari tibbi sığortanın, ilk növbədə, əlillərə şamil olunması prioritet məsələlərdən hesab edilir.

C.Alxasov daha sonra qeyd edib ki, 2016-cı ilin yanvar ayından etibarən ilkin əlilliyin təyinatı sadələşdirilib, elektron variant tətbiq olunub, süründürməçilik aradan qaldırılıb. 2019-cu ilin əvvəlindən etibarən bütün növ pensiyaların, müavinətlərin və Prezident təqaüdlərinin, o cümlədən əlillərin aylıq məbləğləri ölkə Prezidentinin müvafiq sərəncamları ilə artırılıb, pensiya, ünvanlı sosial yardım, əlilliyə görə müavinətlərin verilməsi sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb.

Həmkarlar ittifaqlarının əsas mövqeyi odur ki, insanların sağlamlığı bərpa olunsun, onlar bütün parametrlərə görə cəmiyyətin tam hüquqlu üzvü olsunlar, əmək cəbhəsinə qayıtsınlar. Kiçik, yaxud bəzi hallarda ciddi qüsurların olmasına baxmayaraq, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Göstərilənlər, insanı lazımi bir vətəndaş kimi dərk etməsinə, öz imkanlarını cəmiyyətə təqdim etməsinə şərait yaradır.

Həssas qrupa münasibətdə siyasət xeyli dəyişib, əsasən əvvəllər sosial müavinət və xidmətlə məhdudlaşan tədbirlərdən başqa onların reabilitasiya və cəmiyyətə sosial-iqtisadi inteqrasiyasına doğru mühüm addımlar atılıb, beynəlxalq normalara uyğun qanunvericilik formalaşıb. Təhsil alma və ictimai həyata inteqrasiya imkanlarının genişləndirilməsi sayəsində insanlar özlərinin sosial müdafiəsi ilə bağlı fəaliyyətdə daha fəal iştirak etməyə başlayıblar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqrama müvafiq olaraq, kollektiv müqavilələr bağlanarkən, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi həyata keçirilir. Əllilik təyin olunduqdan sonra onların müvafiq sosial təminat məsələləri və ya istehsalat xəsarəti, peşə xəstəlikləri nəticəsində əlil olmuş şəxslərə dəyən zərərin ödənilməsi məsələlərində onlara lazımi kömək göstərilir. Bundan əlavə, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, onların nəqliyyat vasitələri və ya əlil arabaları ilə təmin olunması kimi mühüm tədbirlər də həyata keçirilir.

AHİK sədrinin müavini bildirib ki, həmkarlar ittifaqı təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib, 156 tələbəyə aylıq təqaüdlər müəyyən edilib. 49 min 606 nəfər şəhid ailəsi üzvünə, qaçqın və məcburi köçkünlərə ərzaq və pul yardımları göstərilib. Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemləri həmişə həmkarlar ittifaqlarının diqqət mərkəzindədir. Bu gün Həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir Qarabağ əlili, eləcə də şəhid ailələri, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşılır və həllinə köməklik göstərilir.

Pensiyaçıların, o cümlədən əlillik dərəcəsi olanların sosial müdafiə hüquqları istiqamətində maarifləndirilməsi məqsədilə bu təbəqədən olan vətəndaşlar üçün kitabça, yaddaş hazırlanaraq digər materiallarla birlikdə sahə həmkarlar ittifaqlarına göndərilib və bu sahədə işlər davam etdirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri və fəalları üçün hər il təşkil olunan seminarlarda əlilliyin təyin olunması meyarları və bu barədə yeni normativ sənədlərə dair mühazirələrin oxunduğu qeyd edilib.

Azərbaycan əhalisinin həssas qrupa daxil olan hissəsinin hüquqlarının qorunması, onların təminatlarının yaxşılaşdırılması sahəsində həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla birgə səyləri daim prioritet olaraq qalacaq.

Konfransda BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa üzrə Bürosunun rəisi Serqius Qlovaskas və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (BHİK/PARŞ) nümayəndəsi Olqa Nicolae mövzu ətrafında çıxışlar ediblər. Qeyd edilib ki, həmkarlar ittifaqına müəyyən dərəcədə itirilmiş inam bərpa edilməli, bu barədə seminarlar, görüşlər keçirilməli, kampaniyalar təşkil edilməlidir. Xüsusilə də əlilliyi olan şəxslər barədə daha da düşünülmüş addımlar atılmalı, onların hüquqları daim qorunub saxlanılmalıdır.

Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər