ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq simpoziumda təmsil olunub

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru və müəllimləri “Orta Asiyadan Anadoluya İslam elmləri: şəhərlər, alimlər, əsərlər, məsələlər” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə Cümhuriyyəti Karabük Universitetinin təşkilatçılığı ilə baş tutan beynəlxalq simpozium onlayn formatda keçirilib. Qırğızıstan, Qazaxıstan və Özbəkistanın, o cümlədən digər ölkə universitet və tədqiqat təşkilatlarının alimlərinin iştirak etdikləri beynəlxalq tədbirdə İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “İslam mədəniyyətinin inkişafında ortaasiyalı alimlərin rolu” mövzusunda çıxış edib.

Aqil Şirinov Orta Asiya alimləri haqqında ətraflı məlumat verərək, sözügedən mütəfəkkirlərin İslam mədəniyyətindəki xidmətlərindən ətraflı söz açıb.

Beynəlxalq simpoziumda Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova “XVIII əsrdə Türküstanda dastanlaşmış bir məqtəl nümunəsi: Sayqalinin “Rövzətüş-şühəda”sında ilk dövr İslam tarixinə baxış” mövzusunda məruzə edib. O, məruzəsində türkdilli məqtəllərin təşəkkülünə təsir edən mənbələrin təsnifatını aparıb, bu növün daha çox filoloji cəhətdən tədqiq olunmuş bir nümunəsi kimi, Sabir Sayqalinin “Rövzətü-şühəda” əsərini tarixi perspektivdən tədqiq edib.

Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov simpoziumda “Zəməxşəri və Xarəzm” panelinə moderatorluq edib. Həmçinin onun “XIX əsr Qafqazda islahatçılar və onların sosial həyata təsirləri” mövzusunda mühazirəsi dinlənilib. Əhməd Niyazov XIX əsr Azərbaycanda islahatçılıq hərəkatının qabaqcılları və onların maarifçilik fəaliyyəti barədə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.