ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda distant dərslərlə bağlı müəllimlərin onlayn iclası keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Respublikası ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkədə yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) onlayn dərslərin Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” platforması üzərindən keçirilməsi məqsədilə müəllimlərin proqram vasitəsilə virtual iclası təşkil olunub. İclasda institutun bütün rəhbər heyəti və müəllimləri iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasın təşkil olunmasında məqsəd müəllimlərin onlayn keçiriləcək dərslərlə bağlı məlumatlandırılmasıdır. İclasda onlayn tədrisin dərs cədvəlinə və sillabuslara uyğun təşkil olunması, tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə və digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra tələbələrin təhsil prosesindən geri qalmaması üçün videodərslərin təşkili həyata keçirilir. Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında uzaq məsafədən təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən aprelin 20-dək ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.