ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda vebinar: İntihar problemi və onunla mübarizə yolları

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov məruzəsində ictimai mühitdə baş verən aqressiv hallar və onların doğurduğu intihara münasibət, özünəqəsdin səbəblərindən bəhs edib. Məruzəçi, həmçinin intiharı aradan qaldırmaq olarmı, yoxsa özünəqəsd bütün dönəmlərdə aktual problem olaraq qalacaq, din bu məsələyə necə yanaşır və digər mövzularla əlaqəli məsələlərə aydınlıq gətirib.

A.Qənbərov dinin insan həyatına xüsusi məna qazandırması, onun dünyagörüşünü formalaşdırması, eləcə də insanın yaşamında meydana gələn çətinliklər, faciəvi hallar və digər amillərə qarşı təsəlliedici amil kimi çıxış etməsindən də danışıb. O, dinin mənəvi məhrumiyyətləri kompensasiya etməsi, insanı mənəvi böhranlara, depressiv hallara qarşı qoruyaraq həyata bağlamasına müsbət təsir göstərdiyini vurğulayıb.

Məruzəçi bildirib ki, intiharın sosial səbəblərindən biri də anomiya halıdır. Yəni intihar həyatın mənası, məqsədilə bağlı dəyərlər sisteminin tənəzzül etməsi ilə əlaqəlidir: “Bu mənada, xüsusilə qeyd edilməlidir ki, dinin dünyagörüşü, təsəlliedici və kompensasiya funksiyaları intihara səbəb olan mənəvi böhranların aradan qaldırılmasında müstəsna rola malikdir”.

Qeyd edək ki, Aİİ tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.