İQTİSADİYYAT
Azərbaycan Massaçusets ştatının Tufts Universitetində enerji konfransında təmsil olunmuşdur VİDEO
Vaşinqton, 10 mart (AZƏRTAC). ABŞ-ın Tufts Universitetinin nəzdindəki Fletçer adına Hüquq və Diplomatiya Məktəbində enerji üzrə konfrans keçirilmişdir.
İkigünlük konfransda enerji sahəsində tədqiqatçılar və ekspertlər çıxış etmişlər.
Panellərdən birində (“Milli neft şirkətləri 21-ci əsrdə”) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov çıxış etmişdir.
Harvard Universitetinin professoru Fransisko Monaldinin sədrlik etdiyi həmin paneldə Beynəlxalq Valyuta Fondunun texniki yardım üzrə keçmiş müşaviri və neft və mineral sənayesi siyasəti üzrə xüsusi məsləhətçi Çarlz MakFerson, Stenford Universitetinin enerji və davamlı inkişaf proqramı direktorunun müavini Mark Turber də çıxış etmişlər. Natiqlər regionlararası layihələrdə və neft resurslarının ticarətində milli neft şirkətlərinin artan rolu və inkişafı barəsində, eləcə də bütövlükdə milli və beynəlxalq şirkətlərin münasibətlərindən danışmışlar.
ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov şirkətin tarixindən, beynəlxalq bazarlara çıxmasından, həmçinin Azərbaycanın regionlararası enerji layihələrindən danışmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton