İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsi və UNICEF arasında anlaşma memorandumu imzalanıb
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və UNICEF arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.
Əməkdaşlığın məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının daha da inkişaf etməsi və bununla da idmanın gücündən istifadə etməklə sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin reabilitasiyası, sağlam inkişafı və cəmiyyətə sosial inteqrasiyasına töhfə verməkdir.
Əməkdaşlıq, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların və yeniyetmələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası, öz potensiallarına tam çatmaları üçün imkanlarının genişləndirilməsi, idman uğurları əldə etmək imkanı verilməsi, yaşadıqları icmaların həvəsləndirilməsi, pozitiv münasibət göstərmək məqsədilə yerli icmalarda davamlı sosial dəyişikliklər əldə olunmasına töhfə verməyi əhatə edir.
Memoranduma əsasən, bundan sonra Uşaq Paralimpiya Hərəkatı tək paytaxt Bakını deyil, eyni zamanda, regionları da əhatə edəcək.