İDMAN


Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri Vətənə dönüblər

Bakı, 9 sentyabr (AZƏRTAC). ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandasının idmançıları Vətənə dönüblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub.

Milli Paralimpiya Komitəsinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıblar.

Cüdoçularımız mundialda 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına iki lisenziya qazanıblar. Millimiz çempionatı ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal ilə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.