İQTİSADİYYAT


Azərbaycan-Özbəkistan biznes forumu iqtisadi münasibətlərin inkişafında faydalı olacaq

Bakı, 29 iyun, AZƏRTAC

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova ölkəmizin Özbəkistanla əlaqələrinə önəm verdiyini, əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Özbəkistan Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, tədbirin iqtisadi münasibətlərin inkişafında faydalı olacağını qeyd edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, təmsil etdiyi qurumun biznes dairələr arasında əlaqələrin qurulması və genişləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edib.

Tədbir çərçivəsində Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası ilə Özbəkistanın Qadınların cəmiyyətdə rolu, gender bərabərliyi və ailə məsələləri üzrə komissiyası yanında “Qadınlar Klubu” arasında ikitərəfli münasibətlərin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Biznes forum hər iki ölkənin qadın sahibkarları arasında ikitərəfli görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.