İDMAN


Azərbaycan Premyer Liqası: “Keşlə” səfərdə “Sabah”ı minimal hesabla məğlub edib

Bakı, 25 avqust, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da “Sabah” və “Keşlə” komandaları üz-üzə gəlib.

Səbuhi Bayramovun idarə etdiyi qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin uzatma dəqiqəsində Vüsal İsgəndərli vurub. Matçın 73-cü dəqiqəsində Sezar Meza Kolli “Keşlə”ni azlıqda qoysa da, “Sabah” say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra “Keşlə” ilk qələbəsini qazanıb.

Qeyd edək ki, ikinci turun açılış matçında “Sumqayıt” evdə “Səbail”ə böyük hesabla uduzub - 0:3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.