İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Keşlə” klubunu məğlub edib

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Azərbaycan Premyer Liqasının 10-cu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “ASK Arena”da lider “Neftçi” klubu “Keşlə”nin qonağı olub. Görüş "flaqman"ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 2-ci dəqiqədə Mirabdulla Abbasov qapıdan keçirib. O, Dario Frederikonun ötürməsindən sonra oyunun taleyini həll edən qolu vurub. Bu gənc hücumçunun Premyer Liqada vurduğu dördüncü qolu olub.

Birinci dövrədə bu komandalar arasındakı ilk görüş “flaqman”ın qələbəsi ilə başa çatmışdı – 2:0.

Bu qələbədən sonra “Neftçi” xallarını 25-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub. "Keşlə" isə 6 xalla yeddinci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.