İDMAN


Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarının təqvimi müəyyənləşib

Bakı, 14 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turun təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 22-də “Qəbələ” və “Neftçi” komandaları arasında oyun ilə start veriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün ikinci görüşündə “Keşlə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. “ASK Arena”da təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Turun üçüncü oyunu fevralın 23-də oynanılacaq. “Sabah” komandası doğma meydanda “Səbail”i qəbul edəcək. Matç saat 16:00-da başlayacaq. Premyer Liqanın XVIII turuna həmin gün saat 18:00-da başlayacaq “Qarabağ”-“Sumqayıt” matçı ilə yekun vurulacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On altı turdan sonra turnir cədvəlinə 35 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xalı olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.