RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, IX Prezident Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub.
Dövlətimizin başçısı Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib.
Prezident İlham Əliyev səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə müxtəlif vaxtlarda keçirdiyi görüşləri əks etdirən fotolardan ibarət stendə baxdı.
Sonra dövlətimizin başçısı matəm kitabına ürək sözlərini yazdı.