SİYASƏT
Azərbaycan Prezidenti Koreya Respublikasının Prezidentinə başsağlığı verib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:26]
Pakistanın Baş naziri COP29-a dəvət olunub
- 10.05.2024 [19:51]
Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
- 10.05.2024 [19:38]