SİYASƏT


Azərbaycan Prezidenti Şimali Makedoniya Respublikasının Prezidentini təbrik edib

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Stevo Pendarovskini təbrik edib.

“Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.