Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidenti qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarıdır

Azərbaycan Prezidenti qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarıdır

Bakı, 5 avqust, AZƏRTAC

Məlum olduğu kimi, Prezident İlham Əliyev həm Azərbaycan, həm də beynəlxalq aləm üçün qlobal əhəmiyyət kəsb edən, bütün dünyanın üzləşdiyi COVID-19 virusuna qarşı ortaq mübarizə metodlarının işlənib hazırlanması, bunun sosial, iqtisadi, siyasi konsepsiyalarının ümumiləşdirilməsi, birgə hədəfə vura bilmək üçün ortaq siyasi, iqtisadi, sosial və humanitar strategiyanın hazırlanması məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında Xüsusi Sessiyasının çağırılmasını təklif edib. Çünki bu gün dünya pandemiyadan əziyyət çəkməklə bərabər, bir çox qlobal ekoloji və hərbi təhlükələrlə üz-üzədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Ramil Həsən söyləyib.

O qeyd edib ki, iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılı olacaq. Bildirilib ki, BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Biz başa düşürük ki, qaydalar önəmlidir, amma BMT də hazırkı reallıq şəraitinə uyğunlaşmalı və bütün dünyanı təhdid edən qlobal problemə çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalıb. Bu cür qlobal təhdidlər şəraitində BMT vəziyyətə uyğun reaksiya verərək, uzun vaxt apardığı üçün prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında xüsusi sessiya keçirməlidir.

Nəzərə alsaq ki, bu gün bəşəriyyətin başına gələn fəlakət bütün dövlətləri əhatə edir, demək hər bir dövlət özünün şəxsi intriqalarını, mənafeyini, iddialı mövqeyini bir kənara qoyaraq dünyanı xilas etmək, onu bu bəladan qurtarmaq və gələcəkdə ehtimal oluna biləcək təhlükələrə qarşı birgə mübarizə üçün strateji xartiyanın hazırlanması məqsədilə BMT-nin Baş Assambleyasının xüsusi toplantısının ilk dəfə olaraq videokonfrans formatında keçirilməsi tarix üçün zəruri, əhəmiyyətli və vacibdir.

R.Həsənov qeyd edib ki, BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Yəni, nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Qurumun bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma olduğunu nəzərə alsaq, bir məsələ ortaya çıxır: Belə olan halda, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?

Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və məsələ ilə bağlı müvafiq açıqlamalar verir. Məlum olduğu kimi, bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Burada da belə bir sual yaranır ki, bəs məsələnin siyasi, iqtisadi, sosial və digər tərəfləri niyə yaddan çıxır?

Əlbəttə, hər zaman vurğuladığımız kimi, bizim üçün çox qürurverici hissdir ki, belə bir ideyanın müəllifi olaraq Azərbaycan Prezidenti İlham Əliyev həm dünya, həm də BMT tarixinə keçdi. Bunun üzərində dayandığımız zaman bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, hazırda Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan Prezidentinin təqdim etdiyi, BMT-nin üzvü olan 130-dan çox ölkənin, o cümlədən qardaş Türkiyənin, Rusiyanın və dünyanın bir çox dövlətlərinin dəstəklədiyi bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə istiqamətində pandemiyaya qarşı apardığı mübarizənin sosial, iqtisadi, siyasi və humanitar sahədə ümumiləşdirilmiş birgə müdafiə strategiyasını ortaya çıxarmaq, müəyyənləşdirmək məqsədilə çağırılması nəzərdə tutulub.

Deputat diqqətə çatdırıb ki, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Eyni zamanda, artıq dünyamızda virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Pandemiya dövründə artıq Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində sammitləri kimi bir sıra önəmli tədbirlərin videokonfrans formatında keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Bu baxımdan, Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün təşkilata texniki sahədə dəstək verməyə hazırdır. Həmçinin Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, tədbirin sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır.

Hər zaman vurğuladığımız kimi, bir daha da qeyd edirik ki, bu, qlobal bir problemdir. Hazırda dünya üçün qlobal bəladır, böhrandır. Böhrandan çıxma metodları işlənib hazırlanmalı, bunun bütün çoxşaxəli sahələri, o cümlədən post-pandemiya dövründə iqtisadi, siyasi, sosial, humanitar və təbii ki, buraya daxil olan mədəniyyət, turizm, təhsil, gənclərlə bağlı münasibətlərin hər birini özündə ehtiva edən qlobal bəlaya və böhrana qarşı ortaq müdafiə strategiyasının ortaya çıxması vacibdir, zəruridir. Bu gün dünyanın düşdüyü şərait məhz bunu tələb edir.

“Əminəm ki, qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarı olan Azərbaycan Prezidentinin başlatdığı bu tarixi missiya tezliklə öz sözünü deyəcəkdir. Həmçinin BMT Baş Assambleyası dövlət və hökumət rəhbərləri səviyyəsində iyulun 10-dan başlamış prosesi yaxın zamanda ən yüksək nöqtəyə çıxaracaq, tarixi zərurət olaraq qəbul edilmiş pandemiyaya, ondan sonra ortaya çıxacaq bütün qlobal bəlalara qarşı birgə müdafiə strategiyasının hazırlanması ilə bağlı ortaq sözünü deyəcəkdir. Azərbaycan Prezidentinin irəli sürdüyü, dünya üçün vacib və əhəmiyyətli olan tarixi təşəbbüs bütün dünyanın birlikdə və bərabər mübarizə aparması üçün önəmli bir addım kimi tarixə düşəcəkdir”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib