Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransındakı bəyanatları Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransındakı bəyanatları Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi

Bakı, 15 fevral, AZƏRTAC

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz perspektivlərlə yanaşı, Azərbaycanın bu Zəfərini şərtləndirən amillərə, ən əsası diplomatik müstəvidə qazandığı uğurlara nəzər salmağı da bir zərurətə çevirir. Vətən müharibəsində tarixi Zəfərimiz 30 ilə yaxın müddətdə münaqişənin hərbi, savaşın davam etdiyi dövrdə isə diplomatik müstəvidə həllinin mümkünsüzlüyünü bildirən Ermənistan hakimiyyətinə əsl həqiqəti çatdırdı. Bir daha işğalçıya və ona havadarlıq edənlərə sübut edildi ki, saxta tarix yazıb yalanları həqiqət kimi qəbul etdirməyə çalışmaq, ən əsası beynəlxalq hüququn prinsiplərini arxa plana keçirib zamanın hakimliyini, tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri rəşadətli ordumuz qarşısında diz çökdü, Nikol Paşinyan ölkəsinin kapitulyasiya aktına imza atdı, Azərbaycanın siyasi Qələbəsini təsdiqlədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə və paralel olaraq ötən dövrdə münaqişənin həlli istiqamətində atılan addımlara yönəldərək bildirib ki, dövlətimizin başçısı daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb: “Azərbaycan Prezidenti 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə sarsıdıcı diplomatik zərbə oldu. Diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə yönəldən Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həqiqətlərimizin təbliği, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əsas tribunalardan biri də ənənəvi keçirilən Münxen Təhlükəsizlik Konfransıdır ki, Azərbaycan bu tribunadan da maksimum istifadə edərək erməni yalanların ifşa etmiş, hər zaman haqqa, ədalətə çağırış etmişdir”.

“Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də dövlətimizin başçısı bir daha qarşı tərəfə sözün əsl mənasında tarix və hüquq dərsi keçdi”, - söyləyən baş redaktor bildirib ki, dövlətimizin başçısı “Biz həqiqətləri söyləməliyik” fikrinin ardınca tarixə nəzər salıb Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlar əsasında bir daha beynəlxalq auditoriyaya çatdırdığı halda Ermənistanın baş naziri tarixlə bağlı mücərrəd fikirləri ilə özünü gülünc vəziyyətinə salmış, yeganə amalı, məqsədi iştirakçıların diqqətini yayındırmaq və çaşqınlıq yaratmaq olmuşdur: “Amma Nikol Paşinyan unutdu ki, bu təlxəkliyinin ömrü uzun ola bilməz. İşğalçı ölkənin baş naziri beynəlxalq hüququ, tarixi nə qədər inkar etməyə çalışsa da, bunun uzunmüddətli olması mümkün deyil. Beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq amillərinin əsas yer tutduğunu önə çəkən Azərbaycan gücləndi, bütün sahələrdə qazandığı təcrübəni birləşdirdi, Ermənistana layiq olduğu yeri göstərdi. 30 ilə yaxın müddətdə münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bildirən işğalçı Ermənistan danışıqlar prosesini uzatmaqla əlavə vaxt qazanmağın acı nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə təlxəkliyi ilə yadda qalan Ermənistanın baş naziri Nikol Paşinyan dünya ictimaiyyətinin 25-30 ildə Azərbaycan və Ermənistan liderlərindən eyni sözləri təkrar eşitməsindən nə zamansa yorulacağını bildirəndə özünü necə gülüş obyektinə çevirdiyindən xəbərsiz idi. Bir daha işğalçıya xatırladıldı ki, beynəlxalq hüquq hər bir məsələnin həllində əsasdır. Başına çəkilən sığallardan ərköyünləşən, həqiqətləri eşitməkdən utanmaq əvəzinə, beynəlxalq ictimaiyyətin adından özünü yorğun hiss edən Paşinyan Azərbaycanın apardığı Vətən müharibəsinin təcavüzkara verdiyi tarixi dərsi ömürboyu unutmamaqla yanaşı, əsl yorğunluğunu biabırçı məğlubiyyətləri ilə yaşadı”.

Baş redaktor bildirib ki, artıq nəinki Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 44 günlük İkinci Qarabağ müharibəsi həm qeyd olunan konfransda Azərbaycan liderinin səsləndirdiyi tarixi həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin, həm də bütövlükdə bu illər ərzində diplomatik müstəvidə qazanılan uğurlarımızın təqdimatı oldu: “Məhz bu illər ərzində münaqişənin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza döyüş meydanında Qələbəmizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması haqqın, ədalətin Zəfərinin əyani təsdiqidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqda Ulu Öndərin xatirəsi anılıb

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib