RƏSMİ XRONİKA
Azərbaycan Prezidentinin iş otağında söhbət VİDEO
Bakı, 13 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasında səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuş, Azərbaycan-Rusiya sənədləri imzalanmış, dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Mətbuat konfransından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısının iş otağında söhbət etmişlər.