İQTİSADİYYAT
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası İlin sonunadək keçiriləcək
Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC
Bu ilin sonuna kimi Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclasının keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev təyin edilib. Qarşı tərəfdən isə hazırda həmsədr Qazaxıstanın energetika naziri Vladimir Şkolnikdir.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın fəaliyyət dövrü iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar və digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.