SİYASƏT


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçirdiyi üçtərəfli görüş və nəticədə əldə olunmuş razılaşmalar Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, aparıcı yerli media agentlikləri Soçi görüşünün yekun Bəyanatında öz əksini tapmış bir sıra mühüm məqamların, o cümlədən regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə dəmir yolları xətlərinin, avtomobil yolları və bütün digər kommunikasiyaların açılmasını ehtiva edən layihələrin tezliklə həyata keçirilməsi və yaxın zamanda iki ölkə arasında delimitasiya prosesinin başlanmasının vacib əhəmiyyətini vurğulayır.

Yayılmış məlumatlarda Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq və münasibətləri normallaşdırmaq təklifinə diqqət çəkilir.

Eyni zamanda, Bolqarıstan mətbuatında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Soçi görüşünün nəticələrinə dair şərhi də təqdim olunub və görüşün nəticələrinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi diqqətə çatdırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.